Elgiz: Hesablayırdıq ki, Nazimin qırx mərasimi filan gün olacaq
Tarix: 24-04-2019, 15:24



Aparıcı Elgiz Əkbər "Faytonçu" ləqəbli müğənni Nazim Pişyarinin bir vaxt keçirdiyi xəstəlikdən danışıb.
AzNews.az-ın məlumatına görə, aparıcı "Səhər-səhər" verilişində bir çox ifaçıların sirrini açıqlayıb:
"Hamımız oturub deyirdik ki, bir həftəyə qalmayacaqsan. Çünki rəngi ağarmışdı. Gözlərinin içi də qəribə olmuşdu. Ağladım ki, qalmayacaq. Hətta xəbərin yoxdur, bəziləri oturub hesablayırdı ki. üç mərasimi filan günə, 40-ı filan vaxta düşəcək. Amma mübarizə apardı, xəstəliyə qalib gəldi".
"Fikirləşirdim ki, dünyamı dəyişsəm, necə olacam. Zaman-zaman əməliyyatlar keçirdim, hamısı ağır idi. Ən azı 3 saat davam etmişdi" - deyə, Nazim cavabında bildirib.

Qeyd edək ki, Nazimi Elman Əzimov adlı həkim səhv əməliyyat etdiyi üçün səhhətində ciddi problemlər yaranmışdı.



Paylaş: