Günay-Şəbnəm qalmaqalı alovlandı
Tarix: 24-04-2019, 10:11



Müğənni Şəbnəm Tovuzlu ilə Günay İbrahimli arasında gərginlik artıb. “Qafqazinfo” xəbər verir ki,  G. İbrahimli ötən gün “5-də 5” proqramına qonaq olarkən həmkarının onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
O, Şəbnəmin “Günay mənimlə gündəm yaratmaq istəyir” açıqlamasına belə şərh verib: “Mənə bu barədə heç kim zəng vurmayıb. Sizin proqramda mənə sual verdilər. Subyektiv fikrimi dedim ki, Şəbnəm Tovuzlunun mahnılarını dinləmirəm. İndi də deyirəm ki, ona qulaq asmıram. Eşitdim ki, mənim barədə ard-arda müsahibələr, açıqlamalar verir. Guya, mən reklam qazanmaq istəyirəm. İndi siz baxın görün ki, bu söhbəti uzadan və reklam qazanmaq istəyən kimdir?!”
Xatırladaq ki, Günay “Ay Zaur” verilişinə açıqlamasında Şəbnəmlə bağlı suala “Dinləmirəm. Bayağı ifaçıdır” sözlərini demişdi. Şəbnəm isə həmkarını sərt şəkildə tənqid etmişdi.

Paylaş: