"Sazın Məcnunu Azər" adlı anım tədbiri keçiriləcək
Tarix: 23-04-2019, 16:10



Aprelin 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında aşıq Azər Xanlaroğluna həsr olunan "Sazın Məcnunu Azər" adlı anım tədbiri keçiriləcək.
Open.az xəbər verir ki, anım tədbiri Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə keçiriləcək.
Tədbirdə Azər Xanlaroğlunun sənət dostları, yaxınları iştirak edəcək.
Xatırladaq ki, Azər Xanlaroğlu 1998-ci ildə 48 yaşında dünyasını dəyişən tanınmış aşıq Xanlar Məhərrəmovun oğlu olub. 2013-cü ildən "Hepatit B" xəstəliyindən əziyyət çəkən aşıq Azər Xanlaroğlu 2018-ci il mayın 12-də dünyasını dəyişib.



Sazın Məcnunu Azər

Paylaş: