“Mediamızda yüngül şeylər üzərində çox dayanıb müzakirə aparırlar...” - Xalq artisti
Tarix: 23-04-2019, 09:26



“İnşallah “Sığmazam”  qəzəlini də ifa edəcəm və media nümayəndələrini dəvət edirəm gəlib İ.Nəsimin qəzəllərini mənim ifamda dinləsinlər və dəyərləndirməyi bacarsınlar”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova gələn ay baş tutacaq konserti haqda danışarkən deyib. Xalq artisti bildirib ki, son zamanlar müzakirələrə səbəb olan “Sığmazam” qəzəlini də yeni formatda ifa edəcək:

“Konsert İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Bilirsiniz ki, həmişə muğam ifaçıları onun qəzəllərini muğam üslubunda oxuyublar. Amma demək olar ki, 10-12 mahnıda İ.Nəsiminin sözləriylə bağlı ifalar olacaq. Bunlar mahnı janrında deyil, buna əsər deyərdim. Keçən konsertdə olduğu kimi bu dəfə də məni “Hicaz” qrupu müşayət edəcək. 

İnşallah “Sığmazam”  qəzəlini də ifa edəcəm və media nümayəndələrini dəvət edirəm gəlib İ.Nəsimin qəzəllərini mənim ifamda dinləsinlər və dəyərləndirməyi bacarsınlar. Bu konsertə bir neçə ay vaxtını sərf edən, zəhmət çəkən insanlar var. Özünüz də bilirsiniz ki, mediamızda yüngül şeylər üzərində çox dayanıb müzakirə aparırlar. İstəyərdim ki, bu konsertə sizlər də dəstək olasınız”. 

Qeyd edək ki, mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurovanın İ.Nəsiminin 650 illiyinə həsr olunmuş “Qəlb aynası” adlı solo konserti olacaq. 

Paylaş: