“Zelenskinin sağ əli Mika Fatalov əslən Bakı ermənisidir”
Tarix: 22-04-2019, 17:57

âZelenskinin saÄ Éli Mika Fatalov ÉslÉn Bakı ermÉnisidirâ

“Ukrayna ilə bağlı hansısa siyasi fikir yürüdüb, oradakı prosesləri analiz edəndə bir neçə məqam var ki, onları nəzərdən qaçırmaq lazım deyil. Birincisi, Ukrayna postsovet məkanında oliqarxiyanın ən çox hökmranlıq etdiyi, və nəzarətində olduğu bir ölkədir. Digər ölkələrdə belə deyil. Hətta Rusiya, Ermənistan, Gürcüstan və digər ölkələrdə...”
Bunu “Ölkə.Az”a açıqlamasında politoloq Fuad Hilalov  Ukraynadakı prezident seçkilərinin yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ukraynadakı oliqarxiyanın da başında Dnepropetrovsk oliqarxları dayanır. “Bu tarixən belə olub. SSRİ Baş katibi Leonid Brejnevin dövründən Dnepropetrovsk oliqarxları Ukraynaya nəzərtə edirlər. Bu gün də bu proses davam edir. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, onların sözü keçərdlidir. Elə bu gün seçkidə qalib gələn Vladimir Zelelnski də Dnepropetrovsk vilayətinin Krivoy-Roq çəhərindəndir. Seçkinin digər favoriti olmuş Yuliya Timoşenko da həmin vilayətdəndir. V. Zelenskinin hakimiyyətə gəlməsinə dəstək verən və onun arxasında dayanan da elə Dnepropetrovsk oliqarxı olan İqor Kolomoyskidir. Hansı ki, bu  şəxs 2014-cü ildə Ukraynada hakimiyyətə dəyişikliyi baş verəndə Pyotr Poroşenkoya dəstək verib”, - politoloq bildirib.
O, əlavə edib ki, Poroşenkoya verdiyi dəsətəyə görə, Prezident onu Dnepropetrovsk vilayətində qubertnator da təyin etdi:
“Ancaq  sonradan Kolomoyski ilə Poroşenkonun maraqları toqquşdu. Ona görə də bu seçkilərdə  Poroşenkonun əsas rəqibləri olan Zelenskiyə və Timoşenkoya  dəstək verdi. O, yaxşı hesablayıb ki, burada  məğlubiyyət yox, qələbə var. Onu da deyim ki, bu gün Ukraynadakı oliqraxların mütləq əksəriyyəti, o cümlədən Kolomoyski də yəhudidir. Zelenskinin işlədiyi telekanallar və studiya və digər qurumlar Kolomoyskinin maliyyəsi ilə fəaliyyət göstərir”.
 Zelelnskinin Rusiyanın “adamı” olub-olmadığına gəldikdə F.Hilalov deyib ki, bu qətiyyən belə deyil və yanlış fikirdir. “Zelelnski Qərbin adamıdır. Çünki  2014-cü ildən sonra Ukrayna  o qədər Qərbin, xüsusən də ABŞ-ın təsiri altındadır ki, orada rusiyameyilli bir siyasətçinin hazırki məqamda hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ona görə də ABŞ orada kimin hakimiyyətə gəlməsində  narahat deyildi. Vaşinqton yaxşı bilir ki, Ukraynada  seçilən Prezident ABŞ-ın maraqlarını müdafiə edəcək. Ona görə də  seçki prosesinə qarışmadılar”, - ekspert qeyd edib.
Zelenskinin bundan sonraki fəaliyyətinə  və hakimiyyəti necə idarə edəcəyinə gəldikdə ekspert deyib ki, Zelelnskinin 3 yolu var: 
“Birincisi, Zelenski Kolomoyskinin   kölgəsi, sağ əli kimi olmaqda davam edəcək və ölkədə   Kolomoyski qrupu hakimiyyəti idarə edəcək. Yəni Gürcüstan variant kimi. Necə ki, bu gün faktiki olaraq olaraq ölkəni oliqarx Bidzina İvanişvili idarə edir.
 İkincisi, Kolomyski ilə yanaşı digrə oliqarxlarla danışıqlara  gedib balans yaratmağa çalışacaq ki, bu da inandırıcı görünmür. Çünki Poroşenko da zamanında buna cəhd etdi, alınmadı.  Elə olsaydı ,elə İqor Kolomyski ilə Poroşenkonun və digərlərinin maraqları toqquşub, ayrılmazdılar.
Üçüncü yol isə həm Kolomoyski, həm də digrə oliqarxlardan imtina edib arxasını ABŞ-a söykəyərək, korrupsiyaya, oliqarxlara qarşı mübarizə aparacaq. Bu da bu günkü gündə real görünmür”.
Ekspert bundan sonra Azərbaycanla bağlı digər xüsusi bir məqamı diqqətə çatdırıb. “Zelenskinin sağ əli Mika Fatalov əslən Bakı ermənisidir və o, 1989-cu iləd Bakını tərk edənlərdəndir. O, anti-Azərbaycan mövqeyi ilə tanınan simadır. Onun asl adı və soyadı Mika Tosunyandır. Bu məqamı diqqətdən qaçırmaq olmaz.  Zelenski on aya yüksək dövlət postu verəcək, yaxud da onun sağ əli olaraq qalacaq”, - deyə, F.Hilalov bildirib.
Ekpsert hesab edir ki, istənilən halda Zelenskinin hakimiyyəti idarəetməsi çətin olacaq. 
“Əgər Ukrayna 1991-ci ildə müstəqilliyini elan edəndə Avropanın iqtisadi cəhətdən ən güclü ölkələrindən biri idisə, bu gün  beynəlxalq maliyyə institutlarına, Avropa ölkələrinə on milyardlarla borcu olan ölkəyə çevrilib. Bunu unutmaq lazım deyil. Digər tərəfdən Rusiya ilə münasibələri günü-gündən kəskinləşir. Zelenski belə mürəkkəb şəraitdə ölkəni idarə edəcək. Ümumiyyətlə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ukrayanada hələ uzun müddət sabitliyin bərqərar olması görünmür. Ancaq Zelenski Poroşenkodan fərqli olaraq praqmatik syasətçi olduğundan Rusiya ilə yumşalma siyasəti yürüdə bilər. Digər tərəfdən oliqarx İqor Kolomoyski də fikirni tez-tez dəyişən şəxslərdən birdir. Odur ki, indidən hansısa konkret fikir yürütmək çətindir.Bu barədə kadr təyinatlarından və bir müddətdən sonra nəsə demək olar”,- ekpsert qeyd edib.

Paylaş: