" Elnarə Abdullayeva ağır xəstəlikdən əziyyət çəkib"
Tarix: 22-04-2019, 11:56



Ötən gün "Ay Zaur" proqramının qonağı əməkdar artist Elnarə Abdullayeva olub.

BiG.AZ xəbər verir ki, aparıcı Zaur ifaçıya "Xalqdan nəsə gizlətmisiz?" deyə sual verib:

"Eşitmişəm ki, sən ağır xəstəlikdən (Allah uzaq etsin, o pis xəstəliklərdən) əziyyət çəkmisiz, son müalicə olunmusuz. Bunu xalqdan gizlətmisən. Toya çağırmazlar deyə... Belə bir hadisə baş veribmi?"

Müğənni isə cavabında belə bir halın olmadığını bildirib:

"Belə bir şey olmayıb. Allah heç kəsə elə bir xəstəlik verməyib. Məndə də elə xəstəlik olsa, gizlətmərəm. Toylara getməsəm, gua acından öləcəm?"

Paylaş: