Xalq artisti yubileyi şərəfinə "Milyonçu qadın" olacaq
Tarix: 22-04-2019, 10:43



Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Bernard Şounun "Milyonçu qadın" əsəri əsasında yeni tamaşa hazırlanır.
Open.az xəbər verir ki, mayın 19-da premyerası nümayiş olunacaq tamaşa xalq artisti Nataliya Şarovskayanın yubileyinə həsr olunub.
Rus Dram Teatrında tamaşanın qızğın məşqləri davam edir.
Nataliya Şarovskaya tamaşada baş rolu milyoner qadın - Epifaniya Onizanti di Parerqanı canlandıracaq.
Tamaşanın quruluşçu rejissoru, xalq artisti, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, bədii tərtibatı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, video tərtibatı Cavid İmamverdiyev, kostyumlar əməkdar mədəniyyət işçisi Olqa Abbasova, xoreoqrafiya Raulya Türkana aiddir.
Tamaşada əməkdar artistlər Salman Bayramov, Fuad Osmanov, aktyorlar Oleq Əmirbəyov, Medina Mullayeva, Zaur Terequlov, Nadir Əbdürrəhimbəyov və Fatima Əliyeva çıxış edəcək.
Tamaşanın ilk nümayişi mayın 19-u saat 19.00-da olacaq.

Paylaş: