Zeynəb Xanlarova buna görə tənqid olundu — Foto
Tarix: 20-04-2019, 17:49



Sosial şəbəkələrdə xalq artisti, sevimli sənətkarımız Zeynəb Xanlarova ilə bağlı maraqlı foto paylaşılıb
Xalq artisti Zeynəb Xanlarovanın Heydər Əliyev adına Respublika Sarayındakı iş otağının qapısına həkk edilmiş lövhədəki təqdimat yazısı böyük müzakirələrə, etirazlara səbəb olub.
Fotodan da göründüyü kimi, həmin lövhədə Zeynəb Xanlarova artıq mövcud olmayan SSRİ-nin xalq artisti və Azərbaycan Respublikasının millət vəkili kimi təqdim olunub.

Sosial şəbəkələrdə sözügedən foto ilə bağlı çoxsaylı rəylər yazılıb və istifadəçilər "SSRİ xalq artisti” titulunun xüsusi qeyd edilməsinə etiraz ediblər.

Məlumat üçün bildirək ki, o zamankı prosedurlara görə SSRİ xalq artisti adını almaq üçün bir neçə müttəfiq respublikasının xalq artisti ünvanını qazanmaq şərt idi. Zeynəb Xanlarova isə 1975-ci ildə Azərbaycan SSR, 1978-ci ildə isə Ermənistan SSR-nin xalq artisti adına layiq görülüb. Daha sonra isə ona SSRİ xalq artisti titulu verilib. (Sfera.az)




Paylaş: