"Bu nə söhbətlərdi efirdə edirsən? " - Qadın müğənni Zaura ƏSƏBİLƏŞDİ
Tarix: 20-04-2019, 16:41



"Aparat gəlir, yoldadır. Kimin qurdu var onu göstərəcək. Kişi, qadın fərqi yoxdur. Qurd səndə də var, onda da var. Qurdlu-qurdlu insanlar şou aləmində çoxdur".

Bu sözləri Zaur Kamal aparıcısı olduğu proqramda deyib.

Verilişin müğənni qonağı Rahidə Baxışova aparıcının bu ifadəsinə yüksək səslə narazılığını bildirib: 

"Ay Zaur, bu nə söhbətlərdir efirdə edirsən?".

Zaur Rahidəyə yenidən "Qurdlu insanlar yoxdur?" sualını ünvanlayıb. Müğənni Zaura "Yəni xasiyyəti pis insan?" sualını verib. Zaur "Hə, qurdlu insan" deyib.

Rahidə gülərək "Onda bura gərək heç kəs çıxmasın" cavabı ilə diqqət çəkib.

mənbə: milli.az
"Bu nə söhbətlərdi efirdə edirsən? " - Qadın müğənni Zaura ƏSƏBİLƏŞDİ - FOTO

Paylaş: