"Hər kəs filmdə Murad Mirzəyevi, Raquf Orucovu, Samid İmanovu və şahinlərimizi görəcək"
Tarix: 19-04-2019, 09:15



Xəbər verdiyimiz kimi ermənilər aprel döyüşləriylə bağlı çəkdikləri “Cənnət qapısı” filmindən sonra işğalçı erməni hərbçilərinə həsr olunuş animasiya filmini də təqdim ediblər. 

Bəs bu döyüşün qalibi olaraq biz niyə belə filmlər çəkmirik?

Moderator.az-ın sualını cavablandıran yazıçı, millət vəkili Aqil Abbası bildirdi ki, hazırda aprel döyüşləriylə bağlı özünün ssenari müəllifi olduğu film çəkilir və yazın zamanda ictimaiyyətə təqdim olanacaq:

“AzərbaycanFilm Kinostudiyası aprel döyüşləri ilə əlaqədar film üzərində işləyir bu yaxında da efirə çıxarılacaq. Qaldı ki, ermənilər aprel döyüşləriylə bağlı nə istəyirlərsə çəkirlər, bunu onlara qadağan edə bilmərik. Artıq filmin ssenarisi təhvil verilib və aprel döyüşləriylə bağlı ciddi bir filmi tamaşaçılara təqdim edəcəklər. Filmin də, rejissorunun da adını bilirəm, amma bu dəqiqə onu deməyim düzgün olmaz. Amma bir sirri sizə açım ki, filmin ssenari müəllifi özüməm. Bu ssenarinin üzərində çox əziyyət çəkmişəm və çalışmışam ki, “Dolu” dan da effektli alınsın. Yəqin ki, rejissor da burda çox əziyyət çəkəcək. “Dolu” filmi kimi burda da ad yoxdur, ünvanlı film istəmirəm. Amma hər kəs orda Murad Mirzəyevi, Raquf Orucovu, Samid İmanovu və şahinlərimizi də görəcək. Hörmətli mədəniyyət nazirimiz Əbülfəz Qarayev bu filmi sifariş vermişdi və bu günlərdə biz yenə görüşdük. Hamımız bilirik ki, ölkə başçısı bədii filmlərin çəkilməsi üçün pul ayırıb və həmin vəsaitdən bu filmin çəkilməsi üçün də istifadə olunacaq. 

Ermənilərin bu cür filmlər çəkməsinə elə də reaksiya vermək lazım deyil. Erməninin də döyüşdə öləni var. Bu gün ermənilər də öz təbliğatını qurur. Bəzən məğlub olmağın elə bir ideoloji işini qura bilərsən ki, qalib olarsan. Məsələn, biz Ağdamı, Qarabağı işğaldan azad etməmişik, amma “Dolu” filmi ona ruh verdi ki, məğlubiyyət yoxdur və biz mənən qalibik və ədalət uğrunda vuruşacağıq. Yəni söhbət onu qorumaqdan gedir”. 

Paylaş: