“Onların içində türk soyadıyla əsl düşmənimiz olanlar da var...”
Tarix: 19-04-2019, 09:13



“İlbər Ortaylı bizim dostumuzdur, qardaşımızdır və bu mənada o, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü qəbul edildi”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca türkiyəli tarixçi, professor İlbər Ortaylının Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv seçilməsinə münasibət bildirərkən deyib. F.Qoca bildirib ki, xaricdə yaşayan bu cür fəxri üzvlərimiz orada ədəbiyyatımızı və mədəniyyətimizi təbliğ edirlər:
 
“İlbər Ortaylı qardaş Türkiyəmizin tanınmış ziyalılarından biridir, alimdir. Çünki, biz Türkiyədə olanda çox vaxt bu cür adamları tapmırıq, amma onların içində türk soyadıyla əsl düşmənimiz olanlar da var. Qaldı ki, İ.Ortaylı bizim dostumuzdur, qardaşımızdır və bu mənada o, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü qəbul edildi. Bizim bu cür fəxri üzvlərimiz çoxdur. İlk öncə biz həmin alimin alimlik dərəcəsinə, fəaliyyətinə nəzər salırıq və sonra qəbul edirik. Burda da əsas yazıçılara üstünlük veririk, çünki onlar xaricdə bizim ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edirlər. Amma onlar həqiqi üzvlərimiz kimi prezident təqaüdü və digər imkanlardan istifadə edə bilmirlər. Biz təxminən bir ildir ki, qurultaya qədər AYB-nə qəbulu dayandırmışıq. Bəzən də eşidirəm ki, həqiqəti əks etdirməyən fikirlər səsləndirirlər. Bunlar isə provakasiyadır”.

Paylaş: