Tanınmış müğənni dəfn olunub
Tarix: 18-04-2019, 11:54



Türkiyənin tanınmış müğənnisi, türk sənət musiqisinin görkəmli xadimi Yaşar Özər 85 yaşında dünyasını dəyişib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, sənətkar ötən gün torpağa tapşırılıb.
Uzun sürən xəstəlikdən sonra vəfat edən sənətkar Emirhan məzarlığında, dostlarının əhatəsində dəfn olunub.
Qeyd edək ki, 1934-cü ildə Diyarbəkirdə anadan olan Yaşar Özər türk sənət musiqisinin sevilən sənətkarlarından biri olub.

Paylaş: