54 yaşlı müğənni Tacir üçüncü dəfə ata olacaq: Övladının cinsiyyətini canlı efirdə açıqladı
Tarix: 18-04-2019, 11:03



Müğənni Tacir Şahmalıoğlu "ATV Şou" verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, ifaçı dünyaya gələcək övladından danışıb. O bildirib ki, övladına artıq ad da fikirləşib:

"Ata olmağıma sayılı günlər qalıb. Növbəti dəfə oğul atası olacağam. Körpəyə adı da oğlum Şahmalı qoyub. Onun adı Ömürcan olacaq".

Qeyd edək ki, 54 yaşlı T.Şahmalıoğlu 2 övlad atasıdır. Onun bir oğlu, bir qızı var. Bu yaxınlarda isə 3-cü dəfə ata olacaq.

Paylaş: