“Düşünürəm ki, Rəşad İlyasovla bağlı verilən qərar başqalarına da dərs olacaq...”
Tarix: 18-04-2019, 08:38



Müğənni Rüfət Axundovun “Space” kanalında oxuduğu mahnıda qeyri-etik ifadələr işlətməsinə görə verilişdə iştirak edən əməkdar artist Rəşad İlyasovun da Azərbaycan Televiziyasında (AzTV) yayımlanan “Yaradanlar və yaşadanlar” adlı verilişinin yayımına 6 al müddətinə qadağa qoyulub. 

Məsələylə bağlı AzTV-nin nəzdində yaradılan Bədii Şuranın üzvü şair Baba Vəziroğlu Moderator.az-a açıqlamasında bildirdi ki, bu qərar ümumilikdə kanal rəhbərliyi tərəfindən qəbul olunub və düşünürük ki, bu cür addım digərlərinə də dərs olacaq:

“Təbii ki, ümumi qərar belə oldu ki, o hadisədə Azərbaycan Dövlət Televiziyasının solistinin adı hallanırsa, buna mütləq kanal rəhbərliyi və Bədii Şura reaksiya verməlidir. Baxmayaraq ki, Azərbaycan Milli Televiziya və Radio Şurası qərarında bildirdi ki, həmin hadisədə R.İlyasovun heç bir günahı yoxdur. Bunlara rəğmən biz buna biganə qalmadıq və bu, ən azı efir məkanına hörmətsizlik idi ki, bizim solisti cəzasız qoymayaq. R.İlyasovun altı ay ərzində həm verilişinə, həm də kanalda qonaq kimi iştirakına məhdudiyyət qoyuldu. Bu, təkcə R.İlyasova qarşı yönəlik bir cəza üsulu deyil, hamıya aiddir və bu başqalarına da dərs olmalıdır. Bu həm də bizim televiziyada çalışan insanlara bir mesajımız idi ki, siz ilk növbədə ailənizə, məhlənizə və böyük mənada isə məmləkətimizə hörmət qoymalısınız”. 

Paylaş: