"Ekran işində süjet xətti yoxdur"
Tarix: 28-08-2017, 15:12


Müğənni Xatun yaradıcılığında partlayış edəcək.

UlduzumSan.Az bildirir ki, bu haqda ifaçının özü açıqlama verib: " Yeni klip çəkdirmişəm. Ekran işi "Dilin yanacaq" adlanır. Klipi Pənah Eldaroğlu və İlham Yaşaroğlu lentə alıb. Ekran işində sujet xətti yoxdur. Fikrimcə, bu klip hər yerdə böyük səs-küy yaradacaq və tamaşaçılar tərəfindən bəyəniləcək. Klipə bir neçə saatdan sonra tamaşaçılar "youtube" kanalında baxa biləcəklər".
Qeyd edək ki, "Dilin yanacaq" adlı mahnının sözləri Nadir Nağd Pula, musiqisi Arzu Yahyayevaya məxsusdur.

Paylaş: