Zaur Baxşəliyevin cadu ilə başına oyun açdılar – DƏHŞƏTLİ FAKT
Tarix: 28-08-2017, 13:12


Teleaparıcı Zaur Baxşəliyev 8 il əvvəl “Yağ kimi” proqramının çəkilişləri zamanı başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.
Publika.az xəbər verir ki, onun televiziyadan uzaqlaşması üçün falçıların birinə 3 min manat pul təklif edildiyini bildirib:
“Bu fotoda məşhur hind falçı mənə “sən 32 yaşında adı beş hərfdən ibarət xanımla ailə quracaqsan” deyir. Bunu çəkiliş üçün etdim və 32 yaşım oldu. Hərflər də uyğun gəldi. O zaman çox düşünürdüm görəsən 5 hərf kimdir? Adamda bəzən belə hallar olur. Yeri gəlmişkən, biri mənim şəklimi "Vasmoy"da F adlı bir falçıya aparıb. Deyib elə et ki, bu televiziyadan uzaqlaşsın. Ona görə 3 min də verib. Ay başıbatmış, elə mənə 2500 verərdin, özüm çəkilib, bir-iki aylıq nəfəs alardım da”.

Paylaş: