Hacı Nuran "kamazından" danışdı
Tarix: 15-04-2019, 17:49



“Mən hər kəsin ad gününü özüm xatırlayıram, bunu mənə facebook "xatırlatmır". Lütfizadənin ad gününü facebook necə xatırlada bilər ki”? 

UlduzumSan.Az xəbər verir ki, bunu news24.az-a açıqlamasında tanınmış aparıcı və xeyriyyəçi Hacı Nuran Hüseynov deyib. 

Hacı Nuran Almaniyada ayağından əməliyyat olunduğunu və hazırda özünü çox yaxşı hiss etdiyini bildirib. O, eləcə də parodiya olunmasından danışaraq, bunun onda qıcıq yaratmadığını vurğulayıb: “Kimdə güllü geyim görsələr deyirlər Hacı Nuranın stilidir. Hələ Hacı Nuranın təyyarəsi, kamazı da "çıxıb"... Qoy eləsinlər, nəsə deməyə vaxtım da yoxdur. Allah canlarını sağ eləsin”.



Paylaş: