"Eurovision" ciddi deyil, qəribə insanları göndərirlər" - Səbinə Babayeva
Tarix: 15-04-2019, 15:59



Əməkdar artist Səbinə Babayeva AzTV-də yayımlanan “Gün başladı” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, o, “Eurovision” müsabiqəsi barədə fikirlərini bildirib:

“Heyfslənirəm ki, səkkiz ildir “Eurovision” artıq ciddi deyil. Biz tərəfdən nəzərdə tutmuram, ümumi deyirəm. Ciddi yanaşmırlar, qəribə insanları göndərirlər. 2012-ci ildə maraq var idi. Güclü səslər iştirak edirdi. Mənə “Eurovision” vokal müsabiqəsi kimi maraqlı olub. İndi isə sirk kimidir. Daha çox şou önplana çıxıb”.

Qeyd edək ki, Azərbaycan “Eurovision”a 2008-ci ildən qatılıb. Bu il müsabiqədə Azərbaycanı “Truth” mahnısı ilə Çingiz Mustafayev təmsil edir.


VİDEO BURADA​​​

Paylaş: