Tanıdığınız tanışlar: məşhur diktoru bu şəkildə də görün...
Tarix: 15-04-2019, 15:43



Modern.az saytında “Tanıdığınız tanışlar” rubrikasına davam edirik...  

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli Modern.az-ın əsas səhifəsində təqdim olunur. 

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır. 

Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan tanıya bildiniz?  

Bu şəkildəki şəxs tanınmış telejurnalistDilarə Səlimdir.

O, Azərbaycan Televiziyasında proqram müəllifi və diktor kimi kifayət qədər tanınıb və pe.əkar kimi qəbul olunub. 

Dilarə Səlim Hamlet qızı 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Nəsimi rayonundakı 151 nömrəli məktəbin rus bölməsində oxuyub. 
Azərbaycan Dillər Universiteninin Alman dili tərcüməsi fakültəsini bitirib.
1990-cı ildən AzTV-də çalışmağa başlayıb. Həmin ilin yayında AzTV-də aparıcılıq müsabiqəsi keçirilərkən 200 nəfər arasından 5 nəfər seçilib: Rafiq Həşimov, Kəmalə Əziz, Etibar Rəhimli, Elşən Qələndərli və Dilarə Səlim. 
“Televiza”,“Kinofakt” və “Səhər” verilişlərində müəllif-aparıcı olub.
1994-cü ildə “Mir” Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib.
1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib.
1997-ci ilin iyul ayında ailə həyatı qurub.

2000-ci ildə “ABA” televiziyasında “Kontra” tok-şousunun müəllifi və aparıcısı olub.
2001-ci ildə “İnternyus” televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq “Media və Mən” verilişini hazırlayıb.
Daha sonra  televiziyadan uzaqlaşıb. Səbəbi həyat yoldaşının işlə bağlı Türkiyəyə getməsi olub. Beş il İstanbulda yaşayıblar. 

2007-ci ildən yenidən AzTV-də “Səhər” proqramında müəllif və aparıcı, “Xəbərlər”də isə aparıcı kimi işləyib.
Hazırda AzTV-də “Görüş yeri” verilıişinin aparıcısıdır.
Ailəlidir, iki qızı var.
 



Paylaş: