“Ümumiyyətlə, bizim qızların çoxu ilk məhəbbətin qurbanı olur...”
Tarix: 13-04-2019, 10:31



Bakıda intihar edən 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın hadisəsi bir neçə gündür ki, cəmiyyət tərəfindən müzakirələrə səbəb olub. Hadisənin araşdırılıb günahkarların cəzalandırılması üçün artıq ölkə başçısı tərəfindən də müvafiq göstəriş və tapşırıqlar verib.   

Bəs biz övladlarımızı necə böyütməliyik ki, sonda intiharın qurmanı olmasınlar?

Moderator.az-ın sualını tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov cavablandırdı və bildirdi ki, qız uşaqlarını analar daim kontrolda saxlamalıdır:

“Övladlarımızın  bu cür hadisələrlə həyatlarına son qoymasının səbəblərindən birincisi valideynlərin boşanmasıdır. Amma bu gün kifayət qədər boşanmaların sayı artıb və burda da ən çox zərər çəkən övladlarımızdır. Qız uşaqları 14 yaşında cinsi yetişkənliyinə çatır, psixoloji durumu dəyişə bilər və başqa problemləri də ola bilər. Analar  qız uşaqlarını 11 yaşından 18-20 yaşına qədər daim kontrolda saxlamalıdır. Bu yaşda cinsiyyət hormonları oyanmağa başlayır. Ümumiyyətlə, bizim qızların çoxu ilk məhəbbətin qurbanı olur. 15 yaşında sevib ərə gedənlər var, bunların qarşısını almaq lazımdır. Bir çox hallarda isə buna səbəb bəzi anaların savadsız olmasındadır”. 

Paylaş: