“Aprel döyüşlərinin ildönümü ərəfəsində üç çılpaq qızın videosunu paylaşan alçaqları...”
Tarix: 13-04-2019, 10:30



“Xəbər portalları lazımsız xəbərləri yayımlayırlar. Nə mentalitet, nə abır, nə də müsəlmançılıq var...”

Bunu Moderator.az -a açıqlamasında xalq artisti Afaq Bəşirqızı medianın gündəm xəbərinə çevrilən çılpaq videolara və Elinanın intihar etməsinə münasibət bildirərkən deyib. A.Bəşirqızı həmçinin bu işdə günahı olanların cəzalandırılmasının vacibliyini vurğulayıb:

“İntihar hadisəsinə kor-koranə hamı münasibət bildirir. Ümumiyyətlə, bu cür hadisələrin kökünə varmaq lazımdır ki, bunlar baş verməsin. Kimisə mühakimə etmək çox asandır. Tüstü bir tərəfdə çıxanda düşünürsən ki, orda ocaq yanır, amma gedib baxıb görürsən ki, o çaynikin parıdır, ocaq deyil. Elina intihar etməzdən öncə məktub yazıb, burda ananın, direktorun münasibətinin məzmunu ortaya çıxarılmalıdır. Cənab Prezident bildiyiniz kimi hadisənin araşdırılması üçün tapşırıq verib və hər halda tez bir zamanda hər şey məlum olacaq. 

Cəmiyyətdə Elinanın ölümünə təkcə məktəb kollektivi və direktor səbəkar deyil, eyni zamanda buna səbəb sosial şəbəkədəki biabırçılıqlardır. Xəbər portalları lazımsız xəbərləri yayımlayırlar. Nə mentalitet, nə abır, nə də müsəlmançılıq var. Hamısı dildə qalıb, çünki elə biabırçı xəbərlər yayılır ki, adam bilmir nə desin.  Heç kimə bağışlaya bilmərəm ki, aprelin döyüşlərinin üçüncü ildönümündə 1-dən 5-nə kimi üç çılpaq qızın videosu müzakirə olunurdu. 31 Mart soyqırım günündə yayda çəkilən videonun paylaşılmasıyla bağlı siz jurnalistlər maraqlandırınızmı? Bunları hansı alçaq etdi? Bunların kökünü araşdırıb günahkarları ən ağır cəzayla cəzalandırmaq lazımdır ki, müəyyən bir dairəyə dərs olsun. Bundan sonra hələ çox hadisələr baş verəcək. Özünüz cəmiyyətdə təhsildə baş verənləri bilirsiniz. İradə elə bir şeydir ki, buna hər kəs dözə bilmir. İradəsizlik bu dəqiqə insanlarda baş alıb gedir. Bunun da səbəbi araşdırılmalıdır”. 

Paylaş: