“İstəsəm, Hacıbalanı məhkəməyə verib cəzalandıra bilərəm, amma...”
Tarix: 13-04-2019, 10:29



Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ölkə başçısı tərəfindən ona mənzil hədiyyə edilməsinə münasibət bildirib. 

O, Moderator.az-a açıqlamasında deyib ki, əslində ev ona səkkiz ay öncə verilib və sadəcə istəməyib ki, məsələ ictimailəşsin. 

“Əslində ölkə başçısı tərəfindən mənə üç otaqlı mənzil səkkiz  ay öncə hədiyyə edilib. Bunu ilk dəfə sizə də demişdim, amma istəmirdim ki, ictimailəşdirəsiniz. Lakin bir neçə gün öncə bundan xəbər tutan jurnalistlər zəng vurub soruşdular ki, “sizə mənzil verilibmi?” Mən də yalan danışa bilmədim və etiraf etdim. Onlar da xəbəri ictimailəşdiriblər. Onu da deyim ki, verilən evin sabiq mer Hacıbala Abutalıbova heç bir aidiyyatı yoxdur. Bildiyiniz kimi ölkə başçısı məhkəmələrlə bağlı yeni sərəncam imzalayıb və ona əsasən haqqım var ki, yenidən Hacıbalanı məhkəməyə verib beş il ərzində məhkəmə qətnaməsini icra etmədiyinə görə cəzalandırım. Lakin evlə təmin olunduqdan sonra bu məsələnin üstündən keçdim. 

Evin indi çox ciddi təmir problemi var və mənim də heç vaxt üst-üstə 1000 manat pulum olmayıb. İmkanlı dostlarım var, amma bir adamın qapısını döyüb bir şey istəməmişəm. Axırıncı bir filmə çəkildim hətta çəkiliş zamanı xəstələndim. İndiyə kimi heç bir manat da qonarar almamışam, yadlarına da salmıram, heç istəmirəm də”.

Paylaş: