Məşhur reperin dəfnində silahlı hücum - 1 ölü, 3 yaralı
Tarix: 12-04-2019, 12:41

Məşhur reperin dəfninə silahlı hücum - 1 ölü, 3 yaralı

Ötən həftə silahlı hücumda həyatını itirən məşhur ABŞ-lı reper Nipsey Husslein dəfn mərasimində qan tökülüb.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, müğənninin dəfn mərasiminə silahlı hücum təşkil edilib.
Bu barədə Los-Ancelesin polis rəisi Mişel Mur məlumat verib. O bildirib ki, hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Faktla bağlı istintaq başladılıb.
Qeyd edək ki, Amerikanın məşhur reperi Nipsey Hussle (Ermias Asghedom) ötən həftə Los-Anceles şəhərində qətlə yetirilib. 33 yaşlı musiqiçi şəxsi geyim mağazasının yanında atəş açılaraq öldürülüb.



Məşhur reperin dəfninə silahlı hücum - 1 ölü, 3 yaralı

Paylaş: