Şahan Gökbakar "Recep İvedik 6” filmi haqda danışdı - "Noyabr ayında..."
Tarix: 12-04-2019, 12:37



Məşhur türk aktyoru Şahan Gökbakar həyat yoldaşı Selin Gökbakar ilə dünən axşam “İstinye Park Zuma”da görüntülənib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeməkdən sonra məkandan ayrılan Şahan Gökbakar maşına minmədən öncə jurnalistlərin suallarını cavablayıb.
"Recep İvedik 6” filminin noyabr ayında yayımlanacağını deyən Gökbakar "Filmi Netflix"ə satacaqsınızmı?" sualına: “Elə bir fikrimiz yoxdur. Filmin kinoteatrda izlənməsi lazımdır. Biz də elə edəcəyik” deyib



image description




Paylaş: