Tanınmış aparıcının qətlinin təfərrüatı: "Ona 3-4 milyon pul xərcləmişəm"
Tarix: 28-08-2017, 10:31



Türkiyənin tanınmış aktyoru və aparıcısı Vatan Şaşmazın qətli ilə bağlı yeni detallar üzə çıxıb.

AzVision.aztürk KİV-lərinə istinadən xəbər verir ki, Vatan Şaşmazı sevgilisi, keçmiş maniken Filiz Aker qısqanclıq zəminində qətlə yetirib.
Məlum olub ki, 80-ci illərin sonunda məşhur model və aktrisa olan Filiz Aker 2 il öncə intihara cəhd edib. Aker yaxınlarına Şaşmazı evli olmasına baxmayaraq dəlicəsinə sevdiyini, ona bağlandığını deyib. Bildirib ki, aparıcıya 3-4 milyon pul xərcləyib və onu əlindən buraxmayacaq. Aker dəfələrlə xəbərdarlıq edib ki, Vatan Şaşmaz ailəsindən ayrılmazsa, onu öldürəcək.

Aktirsanın bir zamanlar eşq yaşadığı iddia edilən iş adamı Şəmsi Dənizər də 1999-cu il 6 avqust tarixində evinə silahlı hücum nəticəsində öldürülüb.

Qeyd edək ki, Türkiyənin tanınmış televiziya aparıcısı, bir çox seriallarda rol alan Vatan Şaşmaz dünən axşam saatlarında qətlə yetirilib. 43 yaşlı teleaparıcının və sevgilisi, keçmiş maniken Filiz Akerin meyiti Beşiktaşda yerləşən məşhur otellərdən birində tapılıb.

Məlumata görə, V.Şaşmaz aralarında düşən mübahisə zəminində sevgilisi tərəfindən odlu silahla öldürülüb. Hadisədən sonra Filiz Aker əlindəki silahla özünü güllələyərək intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vatan Şaşmaz "Çocuklar duymasın", "Dudaktan kalbe" kimi məşhur seriallara çəkilib.

Paylaş: