Məşhur cütlük ayrıldı - Ayrılıq səbəbi eks sevgilidir
Tarix: 12-04-2019, 12:25



Türkiyənin tanınmış aktyoru Birkan Sokullu və aktrisa Dilan Çiçek Deniz ayrılıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki,bu haqda ötən axşam Birkan Sokullu açıqlama verib.
Birkan Sokullunun ötən ilin noyabr ayında ayrıldığı sevgilisi Berrak Tüzünatacın sosial media hesabından fotolarını silməməsi aktrisa Dilan Çiçek Denizi narahat edib.
Berrak Tüzinatacın aktyorla barışmaq istədiyini bilən Dilan vəziyətdən şikayətlənib.
Bunun qarşılığında aktyor Birkan Sokullu keçmiş sevgilisi ilə dost qaldıqlarını, görüşəcəklərini deyib və cütlük münasibətlərini bitirmək qərarı alıb.





Paylaş: