Brilliantdan İlhamə haqqında şok sözlər - “Rəhbərə deyirdi ki, verilişini bağla”
Tarix: 12-04-2019, 12:04



Xalq artisti Brilliant Dadaşova “Hər şey daxil” verilişində mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı sirrin üstünü açıb.
AzNews.az xəbər verir ki, Brilliant Dadaşova İlhamə Quliyevanın onun aparıcılıq etdiyi verilişi bağlatdırmaq istədiyini etiraf edib:
“İlhamə Quliyevanı təriflədikcə, o, məni pisləyirdi. Uşaqlıq illərində onun səsi üçün ürəyim gedirdi. Evdə bütün çıxışlarını izləyirdim. Bacılarım əsəbiləşirdilər ki, bu kanalı çevir, filmlərə baxaq. İlhaməyə heyranlıqla baxırdım. Böyüdüm və onu verilişlərimə dəvət edirdim, tərifləyirdim. İlhamə isə rəhbərə deyirdi ki, bunun verilişini bağla”.
Qeyd edək ki, Brilliant Dadaşova Lider TV-də “Mən sənətkaram” verilişinin aparıcısı olub.

Paylaş: