İsrail “Eurovision 2019”da VIP yerlər üçün müsabiqə təşkil etdi
Tarix: 12-04-2019, 10:36



İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində VIP biletlər üçün müsabiqə təşkil edilib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin MyHeritage” adlı saytı mayın 18-də keçiriləcək “Eurovision 2019” yarışmasının final mərhələsində VIP bilet əldə etmək üçün müsabiqəyə başlayıb.
Müsabiqə aprelin 28-dək davam edəcək. Bilet əldə edən qalibin beş ulduzlu oteldə istirahəti də nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqədə ölkəmizi Çingiz Mustafazadə “Truth” (Həqiqət) adlı mahnı ilə 18-ci nömrə altında təmsil edəcək.

Paylaş: