Xalq artisti səhhətindən gileyləndi: “Qəddimi saxlaya bilmirəm...”
Tarix: 12-04-2019, 09:20



Bir müddət öncə onurğa sütunundan ağır əməliyyat keçirən xalq artisti Arif Babayev Moderator.az-a açıqlamasında hələ tam olaraq sağalmadığını bildirib:

“Əməliyyatdan sonra hələ tam olaraq düzəlməmişəm, qəddimi saxlaya bilmirəm. İstanbuldan gələn həkim dedi ki, əməliyyat uğurlu keçdi və 3-4 ay müddətinə tam sağalacaqsan, amma baxıram ki, hələ səhhətimdə problemlər var. Bu aralar heç çörək də yemirəm. Baxım görüm necə olur, burda başqa həkimlərə də müraciət edəcəm”. 

Xalq artisti Sumqayıt şəhərində tikintisinə başlanılan Muğam Mərkəzini də yüksək qiymətləndirib:

“Bölgələrimizin hər biri bir şəhərdir. Tikilən Muğam Mərkəzlərinin hamısı dövlət tərəfindən zəhmət hesabına başa gəlir. Sumqayıtda Muğam Mərkəzinin tikilməsini çox yüksək qiymətləndirirəm. Bu gün xüsusi qeyd edim ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva çox xeyirxah, dar gündə adama kömək edən bir insandır və bizim muğamımızı o, yüksək səviyyəyə qaldıraraq göstərdi ki, Azərbaycan muğamı budur”. 


Paylaş: