“Hercai” ulduzlarının 1 milyonluq sevinci
Tarix: 10-04-2019, 16:14



Türkiyənin məşhur “Hercai” serialının Miranı Akın Akınözü və Reyyanı Ebru Şahin qısa müddət ərzində sosial şəbəkələrin fenomeninə çevrilib.  Belə ki, reytinqli layihənin ulduzlarını instaqramda izləyənlər bir milyona çatıb. 
A.Akınözü hesabında foto paylaşaraq xoşbəxt olduğunu bildirib: “Nə? Bir milyon? Qısa zamanda böyük bir ailə olduq. Milyonlarca təşəkkür”. 
E. Şahin də  səhifəsində “Gözəl mesajlarınızı oxumağa çalışıram. Sevginizi belə gözəl hiss etdirməyinizin tərifi yoxdur. Səmimi ürəyinizə minnətdaram” – deyə bildirib. 












Paylaş: