Leyla Əliyeva Əminəni təbrik etdi
Tarix: 9-04-2019, 17:55



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladlığa götürdüyü Əminəni ad günü münasibətilə təbrik edib.
 
Primetime.az xəbər verir ki, Leyla Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib:
 
“Sevimli Əminəmi ad günü münasibəti ilə təbrik edirəm! Dünyanın bütün uşaqlarına xoşbəxtlik, cansağlığı, təbəssüm arzulayıram! Arzu edirəm ki, bütün valideynlər övladlarını anlasınlar, sevindirsinlər və eşitsinlər, onlara yalnız xoş və səmimi sözlər desinlər ki, uşaqlar xoşbəxt, xeyirxah və güclü böyüsünlər! Təbriklərə görə hamıya təşəkkürümü bildirir, ən xoş günlər arzulayıram! Allah hamını saxlasın!”
 
Xatırladaq ki, Leyla Əliyevanın Əminədən başqa Əli və Mikayıl adlı əkiz övladları var.

Paylaş: