Elit star Niyamla dalaşdı — "Sənətkar oxudu, indi aşpaz gəlib oxusun”
Tarix: 9-04-2019, 15:01

Elit star Niyamla dalaÅdı

"Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova ilə həmkarı Niyam Salami arasında qalmaqal yaşanıb.
UlduzumSan.Az Lent.az-a istinadən xəbər verir ki, açıqlama verən ifaçı bildirib ki, 2 gün öncə paytaxtda yerləşən restoranların birində Niyamla dava edib:
"Toy edən adam yaxın adam idi. Həmin məclisə hədiyyə olaraq dəvət olunmuşdum. Saat 22:30-da səhnə alacağımı toy yiyəsinə öncədən söyləmişdim. Məclisə gəldim və öz növbəmi gözləyirdim ki, oxuyam. Bu an Niyam Salami gəldi. Aparıcını axtarır ki, oxusun. Bu an dedim ki, mənim növbəmdi. Niyam isə "Aynur Dadaşova ilə biz oxuyacağıq” söylədi. Mən də ona cavab olaraq "Sən kimsən? Gəlmisən, xoş gəlmisən. Otur, növbəni gözlə” dedim. Görün bu insanları necə qudurdublarsa, 2 mahnını gözləməyə zamanları yoxdur. 
Niyam mikrofonu götürüb, ironya ilə "qoy sənətkar oxusun” dedi. Mən də mahnını oxuyandan sonra onun cavabını yaxşı verdim. Dedim ki, "sənətkar oxudu, indi aşpaz gəlib oxusun”. Bu söz onun xətrinə dəydi. Əsəbiləşsin, mən sözümü ona dedim. Onun bu hərəkətinə ev yiyəsi də əsəbiləşdi. Çünki onun keçmişini bilir. Sən kimsən axı? Sənətkarsan? Heç vaxt sənətkar ola bilməyəcəksən. Boğula-boğula mahnı oxumaqla sənətkar ola bilməyəcəksən. Get işinlə məşğul ol. Sənin ən gözəl sənətin aşpazlıqdır. Günah telekanallardadır ki, belələrini başa çıxardıblar, sənətkarlar da evdə oturub”.
Cəmilə daha sonra bildirib ki, Niyam Salamini sənətə o gətirib:
"Niyam Salami restoranların birində aşpaz işləyirdi. Yəni biz oxuyurduq, o bizə yemək bişirirdi. Mən ifa edəndə gəlib deyirdi ki, bir mikrofonu verin, mən də oxuyum. Mən də görürdüm ki, türk mahnılarını normal oxuyur. Həmin vaxt İsraildən bir dostum gəlmişdi. Həmin dostum türk mahnılarını oxuyan müğənni istəyirdi. Dostuma Niyamı təklif etdim və dedim ki, burda bir aşpazımız var, yaxşı oxuyur. Niyam gəlib oxuyandan sonra dostum mənə dedi ki, bunun papağını başından çıxardırsan, mikrofonu verirsən əlinə. Nə lazımdırsa, sponsorluğunu edəcəyəm. Dostumun bu sözlərinə çox sevindim. İnanın ki, Niyamın bığlarını güclə qırxdırdım. 
Mən Cəmilə ona 200 ədəd disk buraxdırdım. Demədim ki, oxumağa başlayandan sonra ilk vuracağın adam mən olum. Sən niyə məni vurursan? Səni sənətə mən gətirmişəm. Mən olan yerdə sən kimsən ki? Mən oxuyanda sən yemək bişirirdin. Niyam çox dəyişilib. Ona Salami adını da biz qoşduq. Bir az yaşa hörmət eləmək lazımdır. Bunlar 2-3 dəfə efirə çıxmaqla elə bilirlər ki, hər şey bunlarındır. Onsuz da Bülənt Ərsoy var. Sən Büləntin mahnılarını oxumaqla nə edəcəksən? Başını aşağı sal, sənətlə məşğul ol. Sənin ən gözəl bacardığın sənət aşpazlıqdır”

Paylaş: