Kadir İnanır iki yubileyi birdən qeyd edəcək - Sənəti ilə vidalaşacaq
Tarix: 9-04-2019, 09:57



Türk kinosunun ən görkəmli sənətkarı, yaraşığı, xarakteri ilə seçilən və sevilən Kadir İnanır 70 illik yubileyinə hazırlaşır.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, Kadir İnanır 70 illik yubileyi və sənət həyatının 50 illiyi münasibətilə dostlarını bir araya toplayacaq.
Cümə günü yeni filminin təqdimatına hazırlaşan Kadir İnanır üç təntənəli məqamı bir arada qeyd edəcək.
"Kapı" adlanan sinema filmi ilə yeddi illik fasilədən sonra yenidən tamaşaçılarının görüşünə gələn Kadir İnanır məhz bu bədii filmlə kino həyatına vida edəcək.
Kadir İnanır mətbuata verdiyi açıqlamasında qeyd edib ki, "50 illik sənət həyatımda 190-dan çox filmə çəkilmişəm. Son illər səhhətimdə ciddi problemlər yaşamışam. Bu səbəbdən vaxtında və məqamında kinodan getmək istəyirəm. Ürəyimdə bir obrazın həsrəti qalıb. Çakırcalı Mehmet Efeni oynamaq istəyirdim. Amma 25 yaşlı oğlanı canlandıra bilmərəm. Amma üzülmürəm. Çünki türk kinosunda ürəyimcə olan onlarla obraza imzamı atmışam. "Kapı" filmi mənim kino həyatımın son nöqtəsidir. Bundan sonra yaşamaq, ikinci dəfə qayıtdığım həyatın gözəlliklərini duymaq, Allahıma şükürlər etmək niyətindəyəm."
Xatırladaq ki, görkəmli sənətkar 1949-cu ildə anadan olub. Rəsmi sənədlərdə Kadir İnanırın doğum tarixi 15 aprel kimi qeyd edilsədə, görkəmli kino xadimi 1949-cu ilin avqustunda anadan olub.

Paylaş: