"Nəsildə ilk ayrılan mən idim, atamın istəyi ilə..."
Tarix: 8-04-2019, 18:05



"Nəsildə ilk ayrılan mən idim, atamın istəyi ilə. Dedi ki, ayrıl"

BiG.AZ xəbər verir ki, bu sözləri "Səni Axtarıram" proqramının aparıcısı Xoşqədəm Hidayətqızı göz yaşları içərisində bildirib:

"Özü gəlmişdi arxamca... Dedi, uşağı ver səninlə gedəcəyik. Atamdan o qədər qorxurdum ki, belə güclü Xoşqədəm deyildim, o qədər zəif idim ki... Yəni, mənim baıma vur, əlimdə nəyim var al. Hər kəs gəlib üzümə bir söz deyirdi. Öncə atama hə dedim, bir xeyli getmişdik, geri qaçdım. Uşağımı aldım qucağıma, dedim ki, mən getməyəcəm. Mən Zauru heç kimsəyə verməyəcəm. Dedim, sən niyə mənim arxamca gəlmisən? Çünki, sənin balanam. Bəs mən niyə öz balamdan imtina edim? Mənim balamı niyə başqası böyütməlidir? Mən heç vaxt atamın göz yaşlarını unutmayacam. Dedi qızım, hər zaman arxandayam. Ona görə, mən övladı üçün mücadilə edən bütün anaların yanındayam"

Paylaş: