SSRİ xalq artistinin konserti gözlənilir
Tarix: 8-04-2019, 15:13



Azərbaycanın görkəmli musiqiçisi, SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin Xaçmaz şəhərində konsert proqramı ilə çıxış etməsi gözlənilir.
Open.az xəbər verir ki, bu fikir Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında əməkdaşlıq görüşündə səsləndirilib.
Bakı Musiqi Akademiyasında keçirilən görüşdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev və xalq artisti, professor Fərhad Bədəlbəyli akademiyanın bir qrup nümayəndəsinin Xaçmaz, Şabran və Quba rayonlarında konsert proqramları ilə çıxış etməsini yüksək qiymətləndirilib, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, görüşün sonunda qərara alınıb ki, Fərhad Bədəlbəyli yaxın vaxtlarda regionda konsert proqramı ilə çıxış etsin.

Paylaş: