"Allah o aparıcının beyninə rəhmət eləsin" - Faiq Ağayev
Tarix: 8-04-2019, 12:14



Xalq artisti Faiq Ağayev Feysbuk dostları ilə görüş təşkil edib.

Axşam.az xəbər verir ki, həmin anları “X maqazin” verilişi görüntüləyib. Ağayev gələn qonaqların suallarını cavablandıraraq, maraqlı açıqlamalara imza atıb.

O, sosial şəbəkələrdə tez-tez mesajlar aldığını bildirib:

“Əgər başqa sənətin nümayəndəsi olsaydım, sosial şəbəkədən istifadə etmədim. Feysbuk “Messenger” və İnstaqram “Direct”ə nadir hallarda baxan adamam. Səbəbi də odur ki, “Sizinlə tanış olmaq olar”, “Doğrudan, Faiq Ağayevdir” kimi suallar gəlir. Qıcıqlanmayım deyə, baxmıram”.

Müğənni konsertlərində tamaşaçıların ona qarşı münasibətindən də söz açıb:

“Konsertimə gələnlər qızların üstümə necə hoppandığını görüb. Təbii ki, Müslüm Maqomayev kimi o səadətə çatmamışam ki, qadınlar əli ilə maşınımı yuxarı qaldırsın və qara maşın qırmızı pomada ilə əhatələnsin”.

O, daha sonra adını çəkməsə də, müğənnilik həvəsinə düşən aparıcılardan birinə söz atıb:

“Biri ya aparıcıdır, yoxsa müğənni özü də bilmir. Allah onun beyninə rəhmət eləsin. Özünü ölü vəziyyətinə salır ki, guya, bunu dəfn ediblər”.

Qeyd edək ki, son zamanlar aparıcılardan Nanə Ağamalıyeva müğənnilik etməyə başlayıb və onun haqda bir neçə dəfə ölüm xəbəri çıxıb.

Paylaş: