Aysel Teymurzadənin YENI FOTOSU
Tarix: 8-04-2019, 12:14



"Eurovision" təmsilçilərimizdən olan Aysel Teymurzadənin yeni fotosu yayılıb. 

BiG.AZ xəbər verir ki, fotonu Aysel Əlizadə özü sosial şəbəkə hesabında paylaşıb. O əməkdar artist Aybəniz Haşımovanın qızı ilə olan fotosuna "Aynişanım" şərhini yazıb. Daha sonra şəkli əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da sosial şəbəkə hesabında yayımlayıb. 

"2009-cu il "Eurovision" ərəfəsində hər kəsin qəlbində bir xoşbəxtlik var idi, onun da səbəbkarı Aysel idi. Aysel Azərbaycan səhnəsinin bu günə kimi olan ən parlaq ulduzlarındandır. Gözəl ana, həyat yoldaşı, dost və parlaq ulduz! Sənin işığın daim parlayacaq Ayselim. Sən bunu istəsən də, istəməsən də. Səni həmişə xalq sevəcək" deyə, Aynişan fotoya qeyd edib.

Paylaş: