Yaşlı izləyicisi Fatiməni təhqir edib, hədələdi
Tarix: 6-04-2019, 12:16



Rəqqasə Fatimə Fətəliyeva izləyicisindən şikayət edib. 

Axşam.az-ın məlumatına görə, sənətçi yaşlı bir izləyicinin onu sosial şəbəkədə təhqir etdiyini bildirib:

"Bu qadın yaşına-başına yaraşmayan sözlər yazır mənim ünvanıma, şərəf və ləyaqətimi alçaldır, şərləyir, övladıma toxunur. 

Ayıb olsun, yaşı da az deyil. Amma buna baxmayaraq başqa səhifələrdə də məni təhqir edir. Mənə hədə-qorxu gələn mesajlar yazır".

Fatimə həmin qadının fotosunu yayımlayaraq, izləyicilərindən onun səhifəsini şikayət etmələrini istəyib.

Paylaş: