Normal doğuş istəyirəm - Fahriye Evcen
Tarix: 5-04-2019, 15:30



8,5 aylıq hamilə olan türkiyəli aktrisa Fahriye Evcen normal doğuş etmək istədiyini bildirib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, oğlu Karana 8.5 aylıq hamilə olan Fahriye Evcen dünən axşam Cem Yılmazın “Maslak TİM Show Center”dəki şousunu izləyib.
Aktyor Burak Özçivitin həyat yoldaşı şoudan sonra jurnalistlərə belə deyib:
“O qədər güldüm ki… Karan çox təpiklədi. Doğacağımı düşündüm. Uşağımız ən geci aprelin 20-də dünyaya gələcək".

Paylaş: