Aktrisadan efirdə Aygünə kobudluq
Tarix: 5-04-2019, 13:10



Aktrisa Çimnaz Sultanova müğənni Aygün Mahmudovaya qarşı canlı yayımda hörmətsizlik edib. 

Axşam.az-ın məlumatına görə, hadisə "Bizimləsən" proqramında yaşanıb. 

Belə ki, Çimnaz vəzifəli şəxsin qohumu və onun yaxını olan birinin evindən bütün qızıllarını oğurladığını deyib. Onun sözlərinə isə Aygün reaksiya verib və "Özü də deyir ki, tanıdığı, bildiyi şəxs" sözlərini deyib. 

Çimnaz isə onun sözlərini kəsərək, kobudcasına "Sən bir sus" deyərək, danışmasına imkan verməyib. Aktrisanın bu hərəkəti zalda oturanları, eləcə də aparıcı Zaur Baxşəliyevi təəccübləndirib. 

VİDEO BURADA​​​

Paylaş: