Məşhur cütlük "İnstagram" hesabı açdı - Rekord qırdı
Tarix: 4-04-2019, 17:56



İngiltərənin şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl "Sussex Royal" adlı "İnstagram" hesabı açıb.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, beş saat ərzində "İnstagram" hesabını 1 milyon izləyici təqib edib.
Bu izləyici sayı ilə sözügedən hesab Ginnesin Rekordlar kitabına düşməyi bacarıb.
Cütlük ilk paylaşımına bu sözləri yazıb: "Rəsmi "İnstagram" hesabımıza xoş gəlmisiniz. Nə etdiyimizi paylaşmaq, əhəmiyyətli paylaşımlar etmək və vacib məsələlərə aydınlıq gətirmək üçün buradayıq".



Məşhur cütlük İnstagram
Məşhur cütlük İnstagram

Paylaş: