Zaurla Günayın verilişi Azərbaycanda niyə sevilmədi? - Ufuk Özkandan AÇIQLAMA
Tarix: 25-08-2017, 12:51



Məşhur türkiyəli aktyor və aparıcı Ufuk Özkan Bakının qonağı olub.

Qardaş ölkədə çox sevilən "Ben bilmem eşim bilir" verilişinin aparıcısı olan U.Özkan BiG.AZ-ın suallarını cavablandırıb.

Aktyor sözügedən verilişin Azərbaycanda yayımlanan versiyası olan aparıcılar Zaur və Günayın təqdimatında yayımlanan "Məni yarımdan soruş" haqda da fikirlərini bölüşüb. Azərbaycanda tez bir zamanda bağlanan verilişin uğur qazanmamasını aktyor bu fikirlə əsaslandırıb:

"Biz bu verilişə oyun kimi baxırıq. Peşəsindən aslı olmayaraq iştirakçılar orada uşaq kimi olurlar və sonda avtomobil qazanırlar. Bəzən çox gülür, bəzən kədərlənirik. Azərbaycanda yayımlanan "Məni yarımdan soruş" proqramını 1 dəfə izlədim. Tək fərqi odur ki, sadəcə oyunlar gəlir, oynayırlar və bitir. Məncə, söhbət hissələri boş qalır. Səmimi söhbət vacibdir. Ailəsi, işi, necə tanış olublar, verilişdə iştirak səbəbləri. İştirakçıların şəxsi həyatı hər zaman tamaşaçıların marağına səbəb olur".

Paylaş: