"Jara" bu dəfə Dubayda olacaq
Tarix: 3-04-2019, 15:37



Xalq artisti Emin Ağalarov tərəfindən təşkil edilən məşhur "Jara" beynəlxalq musiqi festivalı bu dəfə Birləşmiş Ərəb Əmirliyində keçiriləcək. 

BiG.AZ-ın məlumatına görə, tədbir mayın 3-də Dubay şəhərində nəzərdə tutulub. 

Bu haqda festivalın rəsmi İnstaqram səhifəsində xəbər yerləşdirilib. Konsertdə Eminlə yanaşı Leonit Aqutin, Olqa Buzova, Qriqori Leps, Valeriya, Yulianna Karaulova, Albina Canabayeva, “Vremya i Steklo”, “Artik & Asti” və başqaları çıxış edəcəklər. 

Qeyd edək ki, "Jara" festivalı yayda Bakıda da keçiriləcək. Tədbir iyulun 25, 26, 27, 28-də planlaşdırılıb.

Paylaş: