Tanınmış sənət adamları Aprel şəhidləri üçün bir arada
Tarix: 2-04-2019, 12:05



Aprelin 3-də Bakı Konqres Mərkəzində Vətən uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunan "Vətən bizə əmanətdir!" adlı bədii kompozisiya təşkil olunacaq.
Open.az xəbər verir ki, bədii kompozisiyanın rejissoru Elvin Mirzəyevdir.
Bu saatlarda baş məşqi keçirilən tədbirdə xalq artistləri Şükufə Yusupova, Mehriban Zəki, əməkdar artistlər Sənubər İsgəndərli, Gülzar Qurbanova olmaqla, ümumilikdə 9 nəfər xanım sənətkarımız iştirak edəcək.
Mərasim aprelin 3-ü saat 17.00-da Bakı Konqres Mərkəzində nümayiş olunacaq.

Paylaş: