İsrailli iş adamı Madonnaya bir milyon dollar verdi
Tarix: 1-04-2019, 12:10



Mayda İsrailinin paytaxtı Təl-Əvivdə keçiriləcək “Avroviziya-2019” beynəlxalq musiqi yarışmasının final gecəsində dünya şöhrətli müğənni Madonnanın çıxışı olacaq.
Oxu.Az xəbər verir ki, təşkilatçılar Madonna ilə razılığa gəliblər.
Onun mahnı müsabiqəsində siyasi mövzulu mahnı ilə çıxış edəcəyi gözlənilirdi, lakin “Avroviziya” bu riskə getmək istəməyib.
Nəticə etibarilə Madonna təşkilatçılardan “Avroviziya”da çıxış etmək üçün bir milyon dollar qonorar alıb. 58 yaşındakı ulduzun gəlməsi üçün israilli iş adamı Silven Adams bu məbləği ona ödəyib.



Paylaş: