Ermənistanda aktyorlar hökumətə etiraz edir
Tarix: 1-04-2019, 11:31



Ermənistanda Spendiarova adına Opera və Balet Teatrının əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər. 

Azvision.az erməni KİV-lərinə istinadən xəbr verir ki, onlar nazirin teatrın direktoru Konstantin Orbelyanın vəzifədən azad edilməsinə dair qərarının ləğvini tələb edirlər.
Bundan əlavə, tələblər arasında incəsənət xadimlərinin aylıq məvaciblərinin artırılması, rifah halının yüksəldilməsi, həyat şəraitlərinin və iş mühitinin yaxşılaşdırılması da var. 



Etirazçılar bildirilib ki, mədəniyyət naziri Nazeni Qarebyan aktyorların şikayətlərinə baxmır. 

Xatırladaq ki, Spendiarova adına Opera və Balet Teatrının direktoru Konstantin Orbelyan rus dilinə üstünlük verməkdə ittiham olunaraq nazir tərəfindən vəzifəsindən azad edilib. 


Paylaş: