Milli Məclis İTV-nin Yayım Şurasına yeni üzvlər seçəcək
Tarix: 1-04-2019, 11:19



Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının səlahiyyət müddəti başa çatmış təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi ilə bağlı sənədləri Milli Məclisə təqdim edib.
MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyevin ONA-ya verdiyi xəbərə görə, İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova və İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.
A. Hacıyev qeyd edib ki, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar Milli Məclisə təqdim edilib, Milli Məclis məsələ ilə bağlı aprelin 19-dək qərar qəbul etməlidir.
Qeyd edək ki, MTRŞ İTV Yayım Şurasının səlahiyyət müddəti başa çatmış təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi ilə bağlı elan verib.

Paylaş: