Can Yaman cəzasından danışdı: "Ödəməyəcəm"
Tarix: 1-04-2019, 10:03

Can Yaman cÉzasından danıÅdı:

İki il öncə çəkilişlər zamanı aktrisa Solen Soyderin başına stəkan atan məşhur aktyor Can Yamanın məhkəmə prosesi keçirilib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, məhkəmə aktyorun cəzası əvəzində cəmi 7 min 830 lirə ödəyəcəyinə hökm oxuyub.
Ötən gün İstanbulda bir məkandan çıxarkən görüntülənən C.Yaman mövzu ilə bağlı açıqlama verib. O, jurnalistlərə "Ödəməyəcəm" sözünü deyib.
Qeyd edək ki, hazırda aktrisa Demet Özdemirlə "Erkenci Kuş" serialında çəkilən C.Yaman 2 il öncə Selen Soyderenlə birlikdə yer aldığı serialın çəkilişində dalaşıb.
Mübahisədən sonra aktyor həmkarına stəkan ataraq, onu təhqir edib.

Paylaş: