Aynişan qarşılıqsız sevgi yaşayır?: "Sevilmədiyini özünə etiraf etmək çətin olur"
Tarix: 25-08-2017, 09:53



Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva yazdığı statusu ilə diqqət çəkib. PrimeTime.Az xəbər verir ki, o, qarşılıqsız sevgidən gileylənib: "Bir insanı varlığınla xoşbəxt edə bilmirsənsə ondan dərhal uzaqlaş. Çünki bu münasibət səni həm kefsiz, həm də əsəbi edir. Yüzlərlə insanın səni sevdiyi halda, niyə səni sevməyən insana zamanını xərcləməlisən? Sevmək gözəldir... Amma yalnız sevildiyini bildiyin, əmin olduğunda halda. Əgər qarşındakı insan sən onun həyatında var ola-ola hələ də kimlərinsə axtarışındadrısa, nəyi gözləyirsən? Nöqtəni qoy! Bəzən qəbul etmək çətin olur. Sevilmədiyini özünə etiraf etmək çətin olur. Amma bu boşuna ömrünü xərcləməkdən daha rahatdır. Sizə dəyər və sevgi verənin yanında olun.Vaxtında anlamsız, adı olmayan münasibətləri bitirin. Xoşbəxt olun".

Paylaş: