Kıvanç Tatlıtuğun imtina etdiyi dünya gözəli ƏRƏ GETDİ
Tarix: 25-08-2017, 09:51


2002-ci ildə gözəllik yarışmasında “Dünya gözəli” seçilən model və aktrisa Azra Akının dünən toyu olub.
Publika.az Türkiyə mətbuatna istinadən xəbər verir ki, 35 yaşlı məşhur model 4 ildir sevgili olduğu Atakan Koru ilə ailə qurub. Cütlüyün nikah mərasimi Tekirdağda keçirilib. Sabah isə onların Ədirnədə təmtəraqlı toyu baş tutacaq.
Dünya gözəlinin gəlinliyi “Galialahav” moda evində aiddir.
Məlumat üçün bildirək ki, Azra Akın uzun illər Kıvançla sevgili olub. Onların dəfələrlə evlənəckləri xəbərləri yayılsa da, cütlük yola getmədikləri üçün ayrılmağa qərar verib.

Paylaş: